Netanyahu Putindən koronavirusa qarşı peyvənd istədibackend

Netanyahu Putindən koronavirusa qarşı peyvənd istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Binyamin Netanyahu Rusiyanın koronavirusa qarşı ixtira etdiyi “Sputnik V” adlı vaksini almaq üçün Prezident Vladimir Putinlə telefon danışığı həyata keçirib. 

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Netanyahu bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya istehsalı olan vaksini əldə etmək üçün Putinlə danışdım. Bir neçə aya alınacaq. Tunelin sonundakı işığı görə bilərik”, – Baş nazir qeyd edib.

Qeyd edək ki, bu günə qədər İsraildə 325 mindən çox yoluxma, 2735 ölüm faktı qeydə alınıb. 314 min 270 nəfər xəstəlikdən sağalıb.