Netanyahudan İran xalqına sensasion müraciətbackend

Netanyahudan İran xalqına sensasion müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən İranın liderləri haqqında çox danışmışam. Amma bu həlledici məqamda mən birbaşa sizə, İran xalqına müraciət etmək istəyirəm. Heç bir vasitəçi olmadan. Orta Şərqdə İsrailin əlinin çatmadığı bir yer yoxdur. Xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz bir yer yoxdur.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciətində deyib.

“Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”.

Qeyd edək ki, İsrail ordusunun Livana daxil olduğu haqda məlumat və görüntü yayılıb. Ağ Evdən isə İsrailin Livanın cənubunda məhdud əməliyyat keçirdiyi haqda ABŞ-ı məlumatlandırdığı açıqlanıb.