Netanyahunun etdiyi Hitlerin etdiyindən az deyil – Rəcəb Tayyib Ərdoğanbackend

Netanyahunun etdiyi Hitlerin etdiyindən az deyil – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunun alman diktatoru Adolf Hitlerdən heç bir fərqi olmadığını söyləyərək, İsrailin Qəzzada HƏMAS terror qruplaşmasına qarşı əməliyyatını nasistlərin yəhudiləri məhv etməsi ilə müqayisə edib.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər yayıb. “Əvvəllər Hitler haqqında pis danışırdılar. Siz Hitlerdən nə ilə fərqlənirsiniz? Bizi Hitler üçün darıxdıracaqlar. Netanyahunun etdiyi Hitlerin etdiyindən azdırmı? Xeyr”, – Ərdoğan deyib.

O, Türkiyənin Qəzza müharibəsi ilə bağlı fikirlərinə görə təqib edilən alim və akaemikləri alqışlayacağını bildirərək, İsraili dəstəkləyən Qərb ölkələrinin “müharibə cinayətlərində” şərik olduqlarını bildirib. “O (Netanyahu) Hitlerdən zəngindir, Qərbin, ABŞ-ın bütün dəstəyini alır.

Bəs onlar bütün bu dəstəklə nə etdilər? 20 mindən çox qəzzalı öldürdülər”, – Ərdoğan əlavə edib.

//Samir Qurbanov, Editor.az