Netflix-də qalmaqallı xəritə: Türkiyə torpağını Ermənistanın ərazisi kimi göstərdilər-VİDEObackend

Netflix-də qalmaqallı xəritə: Türkiyə torpağını Ermənistanın ərazisi kimi göstərdilər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 17-də Netflix-də yayımlanmağa başlayan “Pepsi, Jetim Where’s My Jet” serialının ilk bölümündə skandal yaradacaq xəritə yayınlanıb. Editor.az xəbər verir ki, xəritədə Türkiyənin şərq hissəsi Ermənistan ərazisi kimi göstərilib.

Serialdakı xəritə ciddi etirazlara səbəb olsa da, hələ Netflix və ya layihənin prodüserlərindən heç bir açıqlama verilməyib.

“Pepsi, Jetim Where’s My Jet” serialında 20 yaşlı yeniyetmənin təyyarə udmaq ümidi ilə “Pepsi” lotereyasında iştirakından və ondan sonra gedən hüquqi mübarizədən bəhs edilirş . ABŞ-da hüquq dərslərində öyrədildiyi deyilən mübarizə Netflix-də “Pepsi, Jetim Harada” adı ilə mini serial olaraq yayımlanır.

Qeyd edək ki, bu “Netflix”də yaşanan ilk xəritə qalmaqalı deyil. Bundan əvvəl şəbəkədə yayınlanan “The SPY” serialının 4-cü bölümündə divardan asılmış bölünmüş Türkiyə xəritəsi əks olunmuşdu. Bu xəritədə böyük təpkiyə səbəb olmuşdu.

VİDEO: https://www.haber7.com/medya/haber/3283413-netflixte-skandal-turkiye-haritasi-ermenistanin-topragi-olarak-gosterdiler

//Samir Qurbanov, Editor.az