“Netflix” in 2011-ci ildən bəri ilk dəfə abunəçilərinin sayı azalıbbackend

“Netflix” in 2011-ci ildən bəri ilk dəfə abunəçilərinin sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal yayım platforması “Netflix” in abunəçilərinin sayı 10 ildən sonra ilk dəfə azalıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət açıqlamasında 2022-ci ilin birinci rübündə 200.000 abunəçisini itirdiyini bildirib.

Bu azalma şirkətin Ukrayna müharibəsindən sonra Rusiyada fəaliyyətini dayandırması və ABŞ, Böyük Britaniya da daxil olmaqla, bir çox əsas bazarlarda abunə haqlarını artırması ilə baş verib.

Şirkət investorlara yazdığı məktubda ikinci rübdə daha iki milyon abunəçi itirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, “Netflix” sonuncu dəfə abunəçilərini 2011-ci ilin oktyabrında itirib. Şirkətin hələ də dünya üzrə 220 milyondan çox abunəçisi var.

//Gülnarə Abasova, Editor.az