New York Times: ABŞ Ukraynaya sursat israfçılığı ilə bağlı xəbərdarlıq edirbackend

New York Times: ABŞ Ukraynaya sursat israfçılığı ilə bağlı xəbərdarlıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya gələcəkdə planlaşdırılan əks-hücum əməliyyatları üçün silah- sursatını qorumağı təklif edib.

Editor.az bu barədə “The New York Times” qəzetinə istinadla yazır.

Ukrayna Silahlı Qüvvələrinin bir gündə minlərlə artilleriya mərmisindən istifadə etdiyini qeyd edən qəzet, Avropa və Amerika rəsmilərinin arsenalın bu cür tükənməsinin qəbuledilməz olduğunu və yaz hücumu üçün təhlükə yarada biləcəyini bəyan etdiyini vurğulayıb. “Bombardman o qədər güclüdür ki, Pentaqon bir neçə gün davam edən artilleriya atəşindən sonra bu yaxınlarda Kiyevlə bağlı narahatlığını bildirib. Amerikalılar həlledici məqamda Ukraynaya sursat israfçılığı ilə bağlı xəbərdarlıq ediblər.

Ötən gün Ukraynanın müdafiə naziri Aleksey Reznikov fevral ayında Kiyevin əks-hücum keçirməyə hazırlaşdığını açıqlamışdı. Çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələrinin zabitlərindən Valeriy Prozapas bəyan edib ki, güc və nəqliyyat vasitələrinin olmaması səbəbindən Kiyev hazırda Donbasda ciddi hücum əməliyyatı həyata keçirə bilmir və vəziyyət dalana dirənib.

//Gülnarə Abasova, Editor.az