New York Times: Amerikalılar Ukraynanı dəstəkləməkdən yorulublarbackend

New York Times: Amerikalılar Ukraynanı dəstəkləməkdən yorulublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya artan hərbi və maliyyə yardımının tərəfdarları Kiyevə dəstək koalisiyasının dağılmasından ehtiyat edir. Çünki artıq ABŞ-da vergi ödəyiciləri on milyardlarla dolları xaricə göndərməkdən yorulublar.

Editor.az bu barədə “The New York Times” a istinadla xəbər verir. Bildirilir ki, Ukraynaya yardımı dəstəkləyən amerikalıların nisbəti keçən ilin mayında 60 faizdən 48 faizə düşüb. Pew Araşdırma Mərkəzinin sorğusunda ABŞ-ın Ukraynaya həddindən artıq yardım etdiyini düşünən amerikalıların nisbəti bir il əvvəl 7 faizdən keçən ay 26 faizə yüksəlib.

Digər tərəfdən, Fox-un araşdırmasına görə, ABŞ prezidenti Co Baydenin Ukraynaya səfərindən sonra dəstək nisbəti 40 faizdən 48 faizə yüksəlib. Lakin buna baxmayaraq ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin xeyli dəyişdiyi və bu faktın Ağ Evi narahat etdiyi qeyd edilib. Artıq ABŞ Konqresində Ukraynaya dəstəkdə parçalanmanın olduğu da xüsusi diqqətə çəkilib.

//Gülnarə Abasova, Editor.az