PSJ azarkeşlərinin braziliyalı ulduz futbolçu Neymara görə fit basmasından sonra Neymar açıqlama verib.
Editor.az Türkiyənin “Sporx” saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu baş verənlərə baxmayaraq komandadan ayrılmaq planının olmadığını bildirib:
“Sözün düzü mən azərkeşlərin mənimlə belə rəftarını başa düşmürəm. “Real Madrid”ə məğlubiyyətə görə üzülürəm. Eyni zamanda da azərkeşlərin “Bordo” ilə oyunda məni fitə basması da məni çox üzür”.
Neymarla bağlı açıqlama verən klub da mövsümün sonunda Neymarın satılmayacağı bildirilib.
Bu arada Neymar “Bordo” ilə oyundan sonra ailəsini ziyarət etmək üçün Barseloniyaya yollanıb.
Qeyd edək ki, Fransa çempionatının XXVIII turu çərçivəsində keçirilən PSJ-“Bordo” oyununda azerkeşlər Lionel Messi və Neymarı fitə basıblar.
//Editor.az

