“Nəzər Media.az” informasiya portalının 10 yaşı tamam oldu.
“Nəzər Media.az” informasiya portalı 2013-cü ilin aprel ayının 6-da fəaliyyətə başlayıb. Portal Azərbaycanın gənc jurnalistlərindən olan Nəzərbəy Hacıağabəyli tərəfindən təsis edilib.
Təsisçi və baş redaktor Nəzərbəy Hacıağabəyli özünün “Facebook” hesabında bunları yazıb:
6 Aprel : Nəzər Media.az-ın təsis günü mənim üçün böyük simvolik əhəmiyyət daşıyır. 6 Aprel yazılan ssenaridə verilən rola razılaşmamaq deməkdir. Öz hekayəni özün yazıb , həmin hekayənin baş qəhramanı olmaq deməkdir. Öz maraq və rahatlığın başqasının maraq və rahatlığından üstün olduğu gündür. Dostunu və düşmənini maraqlarına görə özünün təyin etdiyi gündür. Heç kəsin üstünlüyünü qəbul edilmədyi, əməkdaşlığın bərabərhüquqlu olmağdan o tərəfə ola bilməz ideyasının formalaşdığı gündür.
Bir sözlə müstəqil fəaliyyətin bütün zəruri şərtlərini özündə ehtiva edən müstəqil Nəzər Media.az-ın təsisinin 10-cu il dönümüdür! Bu günə qədər dəstək olan bütün dostlarımıza da təşəkkür edirəm. Badalaq vermək istəyən insanlara da təşəkkür edirəm. Siz olmasaydız badalaqlara dözümümü yoxlaya bilməzdim. Bir sözlə saytımızın varlığını hiss edən hər kəsə təşəkkür edirəm!
Editor.az xəbər portalı olaraq “Nəzər Media.az”-da əməyi keçən hər kəsi təbrik edirik və faydalı fəaliyyət arzulayırıq.

