“Nəzərə almaq lazımdır ki, virusun yayılma mənbəyi məktəblər deyil”-AÇIQLAMAbackend

“Nəzərə almaq lazımdır ki, virusun yayılma mənbəyi məktəblər deyil”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərslərin ənənəvi qaydada başlanacağı qərarı veriləndə bəzi təhsil müəssisələrində bu virusun yayılacağı gözlənilirdi. Çünki bu kimi sürətlə yayılan xəstəliyin qarşısını almaq o qədər asan deyil. İstər gigiyenik təmizlik,  istər sosial məsafə kimi kiçik, lakin sağlamlıq üçün olduqca vacib nüanslara təəssüf ki, əksər insanlar diqqət etmir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Ekspertin sözlərinə görə, virusun yayılma mənbəyi məktəblər deyil:

“İctimai yerlərdə, restoranlarda, idman zallarında və ya əyləncə mərkəzlərində virusun yayılma təhlükəsi daha böyükdür. Düşünsək ki, bir nəfər tələbə və ya müəllim restoranda sadəcə yemək yeyib çıxır, ancaq təhsil müəssisəsində saatlarla olur. Bu zaman o şəxsdə koronavirus aşkarlanarsa, həmin təhsil müəssisəsinin adı qeyd olunur. Demək olar ki, bütün təhsil işçiləri vaksin olunub. Valideynlər əgər təhsilin ənənəvi formada davam etməsini istəyirsə, özləri də vaksin olunmalı və tələb olunan qaydalara riayət etməlidir. Ötən tədris ilində valideynlər şikayətlənirdi ki, onlayn təhsil istəmirik, çünki uşaqların gözləri zəifləyir, mövcud şərait əl vermir. İndi isə əksini tələb edirlər. İctimaiyyətin fikri əlbəttə önəmlidir, ancaq nəzərə almaq lazımdır ki, təhsil müəssisəsini bağlamaqla deyil, vaksinləşmə və tələb olunan qaydalara riayət etməklə virusu dəf edə bilərik”.

//Gülnarə Abasova, Editor.az