NHK: Fransa Yaponiyada NATO ofisinin açılmasına qarşıdırbackend

NHK: Fransa Yaponiyada NATO ofisinin açılmasına qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Tokioda NATO nümayəndəliyinin açılmasına qarşıdır.

Editor.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalına Fransa diplomatik mənbəsi məlumat verib. Parisə görə, NATO Şimali Atlantika regionunda təhlükəsizliyə cavabdeh olan qurumdur. Fransa hesab edir ki, NATO-nun fəaliyyəti yalnız bu regionu əhatə etməlidir.

Mənbənin sözlərinə görə, əgər NATO Hind-Sakit okean regionunda vəziyyətə nəzarət edəcəksə, üzv dövlətlərin səfirlikləri bu rolu öz üzərinə götürməlidir. Ekspertlərin fikrincə, Fransanın belə mövqeyi Parisin Pekini narahat etmək qorxusundan irəli gəlir.

Daha əvvəl bildirilmişdi ki, Fransa prezidenti Emmanuel Makron NATO-nun Yaponiyada nümayəndəlik açmaq planlarını bəyənməyib, çünki o, alyansın Şimali Atlantika regionuna diqqət yetirməli olduğuna inanır. Buna cavab olaraq Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Fransa prezidenti Emmanuel Makronun Tokioda NATO ofisinin açılması planlarına qarşı çıxması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

//Gülnarə Abasova, Editor.az