Niderlandın erməni sevgisi nədən qaynaqlanır?-Politoloq açıqladıbackend

Niderlandın erməni sevgisi nədən qaynaqlanır?- Politoloq açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın Ermənistandakı səfiri Niko Şermers Azərbaycanda saxlanılan erməni əsirlərin heç bir şərt qoyulmadan dərhal geri qaytarılmalı olduğunu vurğulayıb. O bildirib ki, hərbi əsirlər dərhal geri qaytarılmalıdır: “Bu, Hollandiya hökumətinin mövqeyidir. Yalnız hərbi əsirlərin heç bir ilkin şərt olmadan vətənlərinə dönəcəklərinə böyük ümidlərimi ifadə edə bilərəm.”

Məsələ ilə bağlı Editor.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Xocalı həqiqətlərini görməyən Niderlandın bu mövqeyi Fransa qədər Amsterdamda da erməni lobbilərinin at oynatdığını göstərir:

“Niderlandın həm Afrika, həm də dünyanın bir çox ölkələrində koloniyalar yaradarkən insanlara qarşı törətdiyi tarixi cinayətlər bütün dünyaya məlumdur. Öz keçmişindən xəbəri olmayan bu ölkənin saxta erməni soyqırımı məsələsi ilə bağlı uzun illərdir Türkiyə ilə siyasi alver etməyə çalışdığını bilirik. Fransanı da geridə qoyan Niderlandın Ermənistan da daxil olmaqla, digər ölkələrdəki səfirlərinin diplomatik etiket və tərbiyə sərhədlərini aşaraq Azərbaycanla əmr və diktə dilində danışması, minalanmış ərazilərimizin xəritələrinin verilməsi ilə bağlı heç bir addım atmayan, 30 ildə erməni işğalına göz yuman Niderland siyasətçilərinin açıq ermənipərəst mövqeyi beynəlxalq hüquqa və ədalətə qarşı növbəti cinayət aktıdır. Başqa vaxt insan aktlarından və liberal dəyərlərdən danışan Niderland bu gün erməni faşizmin yedəyində rol oynayır. Bu Niderlandın gələcəyi üçün böyük utancverici tarix olacaq”.

//Gülnarə Abasova, Editor.az