Niderlandın Heemstede qəsəbəsində saxlanılan iki yeniyetmənin terror hücumu planlaşdırmaqda şübhəli bilindiyi bildirilib.
Editor.az xəbər verir ki, bu barədə Niderland prokurorluğuna istinadən məlumat yayılıb.
Məhkəmə yaşları 14 və 17 olan yeniyetmələr barəsində iki həftəlik həbs qətimkan tədbiri seçib. Agentliyin açıqlamasına görə, onlar sinaqoqu partlatmağı və ya yandırmağı planlaşdırıblar.
Saxlanılan şəxslərdən güclü pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma davam etdirilir, istintaqın maraqlarını qorumaq məqsədilə əlavə məlumatlar açıqlanmır.
//Gülnarə Abasova, Editor.az

