Nigar qızına görə tövbə etdibackend

Nigar qızına görə tövbə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Nigar Şabanova qızının səhhətindən danışıb.

 

Editor.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” proqramında açıqlama verib.

Danışarkən göz yaşlarını saxlaya bilməyən Nigar bunları söyləyib:

“Nəfisə ilə bir ildir böyük mübarizə apardıq. Nadir xəstəliklərdən idi. Bu da bizimlə bir ömür gedəcək. Müəyyən iynələr var idi ki, burada  tapılmırdı, xaricdən gətirdik. Dörd həftədən bir iynə vuruldu. Artıq üç iynə qalıb. Ondan sonra altı aydan bir vurulacaq.

Bilmədim, Allaha necə yalvarım ki, uşağım gözümün qarşısında əziyyət çəkməsin. Qərar verdim ki, ona bir də “uşağım” deməyəcəyəm. Allah onu ata-anasına qismət etdi. Xalam qızı zəng etdi ki, Nigar, tövbə et. Çünki illərlə mübarizə apardın, çox istədin ailən, övladın olsun. Amma bəlkə də Allaha ağır getdi. Onsuz da o sənə ana deyir.

Mənə çətin olsa da, tövbə etdim. Allahdan üzr istədim. Dedim, o uşağı istəmirəm, ay Allah. Ata-anasının xatirinə sağlamlığını özünə qaytar. Çünki bir neçə gündə o qədər pisləşmişdi. Artıq onu tanıya bilmirdim, şişməyə başlamışdı. Dedim, Allah, evimdən mənə çox doğma olan zinət əşyasını verəcəm. İndi də üzərimdədir, bəlli bir qiyməti var”.