Niger və ABŞ arasında hərbi müqavilənin dağılmasında İranın izləri tapılıbbackend

Niger və ABŞ arasında hərbi müqavilənin dağılmasında İranın izləri tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonla hərbi müqaviləyə xitam vermək qərarı ABŞ-ın Nigerdə ​​hakimiyyətdə olan Vətənin Azadlığı üzrə Milli Şuranın (NCSR) İrana uran ehtiyatlarına çıxışı təmin edəcək saziş hazırlaması ilə bağlı ittihamları ilə əlaqədar ola bilər.

Editor.az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir. “The Wall Street Journal” fevral ayında yazıb ki, İran və Niger arasında uran yataqlarının istifadəsi ilə bağlı danışıqlar çox inkişaf etmiş mərhələdədir. Nəşrin anonim həmsöhbətinin qeyd etdiyi kimi, tərəflər ilkin razılaşma imzalayıblar. Lakin daha iki mənbə sövdələşmənin tamamlanmadığını bildirib.

Hərbi sazişə xitam verilməsi qərarından əvvəl ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Finin başçılıq etdiyi ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Nigerə səfər edib. Nümayəndə heyətinə ABŞ-ın Afrika Komandanlığının komandanı general Maykl Lenqli də daxil idi. Nigerin keçid hərbi hökumətinin sözçüsü Amadou Abdraman diplomatik protokola əməl etmədiklərini bildirib. Pentaqon daha sonra ABŞ-ın pozulmuş ikitərəfli hərbi razılaşma ilə bağlı Niger rəsmiləri ilə əlaqə saxladığını bildirib.

//Gülnarə Abasova, Editor.az