Niger və Rusiya yaxınlaşması Qərbi niyə narahat edir?-AÇIQLAMAbackend

Niger və Rusiya yaxınlaşması Qərbi niyə narahat edir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nigerdəki Fransa meylli hökumətə qarşı Rusiya dəstəyi ilə həyata keçirildiyi ehtimal olunan dövlət çevrilişi Fransanın enerji sənayesinin Rusiyada asılılığını rekord həddə artırıb”.

Bu fikirləri Editor.az-a politoloq Turab Rzayev “Blumberq”in verdiyi xəbərdə Nigerin Rusiya ilə yaxınlaşmasının Qərb dövlətlərini çox narahat etdiyini əks etdirən “Niger Rusiya orbitinə düşərsə, dünya nüvə enerjisi baxımından Rusiyadan daha da asılı olacaq”,- fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qiyamçıların yeni hökuməti onların daha Fransaya Uran satmayacaqlarını qeyd edib:  “Bu o deməkdir ki, Fransa ehtiyacı olan uran idxalının 15%-ni itirəcək. Nəzərə alsaq ki, Fransa enerji sənayesi istehsalının 80%-ə qədəri nüvə energetikasından asılıdır, bu rəqəm heç də az deyil.

Bu işin hələ başlanğıcıdır. Nigerin uran ixracını dayandırması Rusiyanın Fransanın əsas uran ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirməsinə şərait yaradır. Nigerdən əli üzülən Fransa məcbur Rusiyaya yönələcək. Rusiya onsuz da Fransada istehlak olunan uranın 35%-ni təmin edir. Məsələ bununla da bitmir. Rusiya eyni zamanda keçmiş SSRİ ölkələrindən Avropaya gedən nəqliyyat zəncirinə də nəzarət edir. Belə ki, Qazaxıstan (ümumi idxalın 23%-i) və Özbəkistandan (21%)  Fransaya ixrac olunan uranın çatdırılması da Rusiya ərazisindən daşınmaqla onun vasitəsilə həyata keçirilir. Beləliklə, Fransanın Rusiyadan uran idxalındakı asılılığı 35% deyil, əslində 80%-dir”.

Politoloqun fikrincə, Nigerdən  uran idxalının qarşısı kəsilməklə Fransanın Rusiyadan asılılığı 80%-dən 100%-ə çatıb: “Beləliklə, Rusiya Afrika əməliyyatı ilə daha öncə təbii qazı kəsərək dondurmağa çalışdığı və yaxud da dondurmaqla təhdid etdiyi Avropanı, bu dəfə əsas alternativ enerji mənbəyi uran ixracını nəzarətə almaqla təhdid edir”.

//Safura Bənnayeva, Editor.az