Nigerdə ​​50-dən çox insan daşqınların qurbanı olubbackend

Nigerdə ​​50-dən çox insan daşqınların qurbanı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayında Nigerdə ​​uzun sürən yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlar səbəbindən ən az 51 nəfər ölüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə respublikanın Fövqəladə Hallar və Humanitar Əməliyyatlar Nazirliyi məlumat verib.

Məlumata görə, avqustun əvvəllərində başlayan daşqınlar 26 min evi dağılması 37 nəfərin ölümünə səbəb olub. Digər 14 nəfər isə boğulub.

Nigeriya Prezidenti Mahamadu Issufu Niger çayında suyun artmasından ən çox zıyan dəyən paytaxt Niameyin beş bölgəsini ziyarət edib. Dövlət başçısı daşqınlardan zərər çəkmiş 281 min insana lazımi yardımların veriləcəyini bildirib.

Nigerdə ​​demək olar ki, bütün avqust ayı güclü yağışlar yağır. Cari ildə ən çox yağıntı ölkənin qərbinə düşüb. Nəticədə Niger çayı sahillərindən aşıb, paytaxt da daxil olmaqla sahilindəki kənd və qəsəbələri su basıb. Xatırladaq ki, Niamey şəhərinin əhalisinin sayı 1 milyonu keçir.