Nigariya dövləti tarixinin ən böyük enerji böhranını yaşayır.
Editor.az “BBC” yə istinadən xəbər verir ki, 200 milyon əhalisi olan Qərbi Afrika ölkəsində elektrik enerjisini təmin edən bütün təchizatlar sıradan çıxıb. Elektrik enerjisinin olmaması ilə əlaqədar olaraq neft ölkəsi olan Nigeriyada ciddi benzin qıtlığı yaranıb. Qıtlığın yaranması ilə əlaqədar olaraq yanacaq doldurma məntəqələrində süni qiymət artımları baş verib. Qara bazarda isə yanacaq yanacaq doldurma məntəqələrindən üç dəfə baha satılıb. Bundan əlavə saxta benzin satanların sayı sürətlə artıb. Bütün bu hallar avtomobil, hava və dəmir yolu nəqliyyatının hərəkətində böyük maneələrə səbəb olub.
Nigeriya Prezidenti xalqına müraciət edərək yaşanan böhrana görə xalqdan üzr istəyib. Hazırkı vəziyyətdən istifadə edən süni qiymət artıranlara, inhisarçılıqla məşğul olanlara və onlara göz yuman korrupsiyoner məmurlara qarşı sərt cəza tədbirlərinin olacağını bildirib.
//Editor.az

