Nigeriya qırıcıları dinc əhalini bombaladıbackend

Nigeriya qırıcıları dinc əhalini bombaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada qırıcı təyyarələr səhvən mülki vətəndaşları vurub. Hadisə nəticəsində azı 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Sokoto ştatında baş verib. Döyüşçülər quldurları iki kənddə – Gidan-Sama və Rintuvada təqib ediblər və səhvən günahsız insanları bombalayıblar. Dövlət ölümlə nəticələnən hərbi əməliyyatı araşdırmaq üçün digər orqanlarla əməkdaşlıq edəcək.

Agentlik əlavə edib ki, hərbçilər də “Lakurava” qruplaşması ilə əlaqəli Gidan Sama və Rintuva yaxınlığındakı hədəflərə zərbələr endiriblər, lakin mülki itkilərlə bağlı hər hansı təfərrüat verməyiblər. Sonradan isə iki hərbi təyyarənin kəndlərə bomba atdığı məlum olub.

//Samir Qurbanov, Editor.az