Nigeriya silahlı dəstələrə və terrorizmə qarşı mübarizə aparmaq üçün döyüş təyyarələri alacaqbackend

Nigeriya silahlı dəstələrə və terrorizmə qarşı mübarizə aparmaq üçün döyüş təyyarələri alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın silahlı dəstələrlə və terrorla mübarizə çərçivəsində 50 yeni döyüş təyyarəsi alacağı bildirilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Katsina əyalətində qurulan yeni hərbi obyektlərin açılışında Nigeriya Hərbi Hava Qüvvələri komandanı Hassan Bala Abubakar bildirib ki, ölkənin alacağı yeni təyyarələr arasında 24 M-346 döyüş təyyarəsi, 12 AW109 çoxməqsədli helikopter və bir cüt Casa var.

Təyyarələrin gələn ilə qədər təhvil verilməsinin gözlənildiyini bildirən Əbubəkar, “Təyyarələr son illərdə şimal-qərb və mərkəzi əyalətləri terror edən terrorçulara və silahlı dəstələrə qarşı hücumlara dəstək üçün istifadə olunacaq” deyib. Əbubəkar təyyarələrin hansı ölkədən alınacağı ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, təhlükəsizlik problemlərinin artdığı Nigeriya terror qruplaşmalarına qarşı mübarizə çərçivəsində daha əvvəl Türkiyə və ABŞ-dan döyüş təyyarələri almışdı. Bu yaxınlarda Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həyatını itirmişdi. Katsina-Ala bölgəsi üzrə millət vəkili Conatan Aqbidye açıqlamasında bildirib ki, Benue əyalətinin Katsina-Ala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib. Aqbidye hücumda 6 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib. Çoxlu adamın qaçırıldığını deyən Aqbidye, silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığına diqqət çəkib.

Milli mətbuatda yer alan xəbərlərdə Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib. Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir. Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

//Gülnarə Abasova, Editor.az