Nigeriyanın cənubunda Laqos əyalətində üç mərtəbəli bina uçub.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər həyatını itirib, 5 nəfər isə dağıntılar altından sağ çıxarılıb. Rəsmilər uçulan binanın qəzalı vəziyyətdə olduğunu bildirib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
//Nəzərbəy, Editor.az

