Nigeriyada daşqınlar 9 nəfərin həyatına son qoydubackend

Nigeriyada daşqınlar 9 nəfərin həyatına son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Kano əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər həyatını itirib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kano Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi Agentliyinin (SEMA) katibi Dr. Sale Jili açıqlama verib. Bildirilib ki, ştatın 10 rayonunda leysan yağışlar daşqınlara səbəb olub. Təbii fəlakətdə 9 nəfərin həyatını itirdiyini, ən az 10 nəfərin isə yaralandığını bildirən Jili 6 min 417 evin zərər gördüyünü bildirib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Nigeriyanın 5 əyalətində daşqının təsirini azaltmaq üçün fövqəladə vəziyyətə hazırlıq məqsədilə 70 min avro ayırıb.

//Gülnarə Abasova, Editor.az