Nigeriyada hər gün 400 min barel neft oğurlanırbackend

Nigeriyada hər gün 400 min barel neft oğurlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrika qitəsinin neft və təbii qazla zəngin ölkəsi Nigeriyadan gündəlik 400 min barel xam neftin oğurlandığı bildirilib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Neft Ehtiyatları üzrə Dövlət naziri Timipre Silva açıqlama verib.

Nigeriyanın ixrac ayırmasının 1,8 milyon bareldən 1,4 milyon barrelə düşdüyünü qeyd edən Silva bu böyük itkinin ölkə iqtisadiyyatına zərər verə biləcəyini bildirib. Ölkədə 200-dən çox qanunsuz neft emalı zavodu fəaliyyət göstərir. Son iki həftədə oğurlanmış 3,8 milyon litr xam neft ələ keçirilib.

//Gülnarə Abasova, Editor.az