Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada hər il 40 min qadının hamiləlikdən yaranan xəstəlik səbəbi ilə öldüyü bildirilir.
Editor.az-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, Nigeriya Səhiyyə Nazirliyi tərəfindən ölkədə hamiləlik dövründə görülən xəstəliklərin ölümcül COVİD-19 virusundan daha çox can aldığını bildirib.
Qeyd edilib ki, 1 milyondan çox körpə doğuşun ağırlaşmalarından ölür:
“Əgər ana doğuş zamanı ölürsə, uşağın sağ qalma şansı çox aşağıdır. Ölkədə yüksək doğum nisbəti, aşağı doğum nəzarəti və xüsusilə ilkin səhiyyə mərkəzlərində keyfiyyətli sağlamlıq xidmətlərinə çıxışın olmaması səbəbindən bir çox ana həyatını itirib. Bu təhlükəyə son qoymaq üçün qadınların, xüsusən də kənd icmalarında ailə planlamasına əhəmiyyət verilməsi vacibdir”.
//Gülnarə Abasova, Editor.az

