Nigeriyada ordu karvanına hücum – 30 əsgər öldübackend

Nigeriyada ordu karvanına hücum – 30 əsgər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatının yaraqlıları ordu karvanını pusquya salaraq 30 əsgəri öldürüb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə yerli “Vanguard” nəşri yazıb.

Hadisə Borno əyalətinin Marte-Dikva bələdiyyəsinin ərazisində baş verib.

Hərbi yük maşınlarına hücum qumbaraatanlardan atəş açmaqla edilib.

Əvvəəlcə 16 əsgər ölüb, sonradan bu rəqəm 30-a yüksəlib. İtkin düşənlər var.

Qeyd edək ki, Boko Haram təşkilat olaraq 2002-ci ildə Nigeriyanın Borno əyalətində yaradılıb.

Hədəfləri Nigeriyada hakimiyyəti ələ keçirməkdir. 2009-cu ildən bəri aktiv terror fəaliyyətinə başlayıb.