Nigeriyada qətliam: Ölənlərin sayı 140-ı keçibbackend

Nigeriyada qətliam: Ölənlərin sayı 140-ı keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amnesty International-ın Nigeriya ofisi dekabrın 24-də Bokkos şəhəri və ətraflarında baş verən silahlı hücumda ölənlərin sayının 140-ı keçdiyini açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın Plato əyalətində silahlı şəxslər dekabrın 24-də Nigeriyanın Plato əyalətində kənd icmalarına silahlı hücum edib və yerli media çox sayda insanın həyatını itirdiyini açıqlayıb.

Amnesty International Nigeriya Ofisi (Amnesty International Nigeria) bu gün verdiyi açıqlamada bölgədə 20 icmaya qarşı silahlı hücumlarda ölənlərin sayının 140-ı keçdiyini bildirib.

Təşkilat rəsmiləri, hücumların Barkin-Ladi şəhəri ətrafında, xüsusilə də Bokkos şəhəri ətrafındakı icmaların hədəf alındığını vurğulayıb.

Hücumların kənd yerlərində baş verdiyi üçün itkin düşənlərin olduğu və ölənlərin sayının arta biləcəyi bildirilib. Bokkos yerli hökumət rəsmiləri hücumlarla bağlı mətbuata açıqlamasında ölənlərin sayının 160-ı keçdiyini, 300-dən çox yaralının isə xəstəxanalarda müalicə altına alındığını bildirib. Yerli media hücum edənləri silahlı cinayətkar təşkilatlar adlandırıb.

//Səbinə Hüseynli, Editor.az