Nigeriyada “IPOB” terror təşkilatının lideri zərərsizləşdirilib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun sözçüsü Onyema Nvaçukvu verdiyi yazılı açıqlamada bildirib.
Bildirilib ki, Umo vilayətinin Orlu bölgəsində Nigeriya ordusu ilə İPOB üzvləri arasında toqquşma olub və nəticədə terror təşkilatının üzvləri zərərsizləşdirilib. Silahlı atışma zamanı terror təşkilatının lideri qətlə yetirilib. Məlumata görə, martın 29-dan bu günə qədər Nigeriyanın cənubunda 16 nəfər İPOB üzvü saxlanılıb.
Qeyd edək ki, “Biafra Yerli Xalqları”nın təşkilatı 1967-ci ildən fəaliyyətə başlayıb. IPOB-un yaranmasında məqsəd Nigeriyanın cənubundakı xalqlara müstəqil dövlət yaratmaq olub. Özünü “Biafra Yerli Xalqlar”nın respublikası adlandıran qrup Nigeriya dövləti tərəfindən terror təşkilatı kimi tanınıb. Nigeriyada başlanan vətəndaş müharibəsindən sonra hökumətin cənub bölgəsinə nəzarəti ələ keçirməsi ilə başlanan müharibədə milyonlarla insan həlak olub.
//Editor.az

