Nigeriyada vəba epidemiyasından ölənlərin sayı artırbackend

Nigeriyada vəba epidemiyasından ölənlərin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkəsi olan Nigeriyada terror təşkilatı Boko Haramın nəzarətində olan Adamava əyalətində 55 nəfər vəba xəstəliyindən ölüb.

Editor.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, son aylarda vəba epidemiyasının ştatın müxtəlif yerlərində yayıldığı bildirilir. Qeyd olunur ki, əyalətdə 2000-ə yaxın insana vəba diaqnozu qoyulub və 55 nəfər ölüb. Hökumət tərəfindən xəstəliklə mübarizə çərçivəsində lazımi tədbirlərin görüldüyü ilə bağlı açıqlama verilib.

Qeyd edək ki, qida və su ilə keçən vəba xəstəliyi orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilir. Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır. Bundan əlavə ölkədə malyariya, poliomielit, tif və meymun çiçəyi virusu kimi epidemik xəstəliklərə də tez-tez rast gəlinir.

//Editor.az