Qərbi Afrika ölkələrindən olan Nigeriyada 7 ayda vəba epidemiyası səbəbindən 103 nəfərin həyatını itirdiyi bildirilib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris jurnalistlərə bildirib ki, vəba epidemiyası ölkənin 34 əyalətinin 187 bölgəsinə, eləcə də paytaxt Abucaya yayılıb.
İdris, bu bölgələrdə 7 ayda 3 min 623 vəba hadisəsinin görüldüyünü, epidemiya səbəbindən 103 nəfərin həyatını itirdiyini bildirib.
O həmçinin yağışların vəba xəstəliyinin yayılmasında əhəmiyyətli təsiri olduğuna da diqqət çəkib
İdris ölkənin təkcə vəba epidemiyası ilə mübarizə aparmadığını, həmçinin sarı qızdırma, Lassa qızdırması və meningit kimi digər təhlükəli xəstəliklərin də artdığını bildirib.
İyunun 26-da vəba epidemiyası səbəbilə “fövqəladə vəziyyət” elan edilən Nigeriyada ötən il 3 mindən çox vəba hadisəsi görülüb və epidemiyada 100-dən çox insan həyatını itirib.
//Samir Qurbanov, Editor.az

