Nijni Novqorod və Belqorod vilayətləri pilotsuz təyyarələrin hücumuna məruz qalıbbackend

Nijni Novqorod və Belqorod vilayətləri pilotsuz təyyarələrin hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Nijni Novqorod və Belqorod vilayətləri pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nijni Novqorod vilayətinin ərazisi üzərində üç pilotsuz uçuş aparatı ələ keçirilib. Rusiyanın TG kanallarının yazdığına görə, gecə saatlarında Nijni Novqorod vilayətinin Dzerjinskdə sənaye zonası ərazisində partlayış səsləri eşidilib.

Buradakı Sverdlov adına zavod Rusiyanın ən böyük partlayıcı maddələr və hava hücumundan müdafiə raket sistemlərinin döyüş başlıqları üçün əsas komponentlər istehsal edir. Müəssisə Aİ-nin sanksiyalar siyahısındadır.

Bundan əlavə, “Astra tg” kanalı Belqorod vilayətinin atəşə tutulması nəticəsində “Pantsir-S1” hava hücumundan müdafiə raket kompleksinin zədələndiyini və iki hərbçinin həlak olduğunu bildirir.

Kanal mənbələrinin məlumatına görə, fevralın 29-da günorta saatlarında 4 pilotsuz təyyarə Qrayvoronski rayonunun Qolovchino kəndi yaxınlığındakı əraziyə hücum edib. Dronların partlaması nəticəsində Rusiyanın “Pantsir-S1” özüyeriyən zenit-raket kompleksi və silah sistemi zədələnib. İki rus əsgəri yaralanıb.

//Samir Qurbanov, Editor.az