Nijni Novqorod vilayətində təyyarə qəzası baş veribbackend

Nijni Novqorod vilayətində təyyarə qəzası baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RF Fövqəladə hallar xidmətinin məlumatına görə, yüngül təyyarə Nijni Novqorod vilayətinin Kstovski rayonunun Novolikeevo kəndi yaxınlığında sərt eniş edib.

“112” Telegram kanalının məlumatına görə, pilotlar sağ qalsalar da ciddi xəsarətlər alıblar.

Pilotun özünün təcili yardım xidmətləri ilə əlaqə saxladığı və qəzadan sonra təyyarənin yandığını xəbər verdiyi bildirilir.
Bundan əvvəl Voloqdadan Sankt-Peterburqa uçan təyyarənin mühərrikinin sıradan çıxdığı məlum olub.

//Samir Qurbanov, Editor.az