Amerikanın idman geyimləri və ayaqqabıları brendi Nike Rusiyada satışlarını bağladı.
Editor.az UNIAN istinadən xəbər verir ki Brend bu barədə öz saytında məlumat yayıb.
“Nike hazırda Rusiyadakı müştərilərə məhsulun çatdırılmasına zəmanət verə bilməz. Nəticədə Nike.com və Nike proqramında satınalmalar müvəqqəti olaraq bu regionda mümkün deyil. Zəhmət olmasa, sizə ən yaxın Nike mağazasına baş çəkin”, – deyə məlumatda bildirilir.
//Gülnarə Abasova, Editor.az


