Rusiya prezidenti Vladimir Putin Monqolustanda “Onoodor” qəzetinə müsahibəsində deyib ki, ABŞ və Qərb onilliklər ərzində Ukraynaya tam nəzarət etməyə çalışıb.
Putinin sözlərinə görə, ABŞ və Qərb Ukraynadakı millətçi və anti-Rusiya təşkilatlarını maliyyələşdirib və Rusiyanın Ukraynanın əbədi düşməni və onun mövcudluğuna əsas təhlükə olması konsepsiyasını təbliğ edib.
Putin həmçinin bildirib ki, Ukraynadakı hazırkı faciənin əsas səbəbi ABŞ-ın rəhbərlik etdiyi Qərb dövlətlərinin “məqsədli anti-Rusiya siyasəti”dir. Onun sözlərinə görə, 2014-cü ildən sonra Ukraynada dövlət kursunu nasistlər müəyyənləşdirir. 1954-cü ildə Sovet İttifaqının lideri Nikita Xruşşov əslində Krım yarımadasını Ukraynaya hədiyyə edib.
//Samir Qurbanov, Editor.az