Niko Kovaç “Volfsburq”dabackend

Niko Kovaç “Volfsburq”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında mübarizə aparan “Volfsburq” klubu baş məşqçi postuna Niko Kovaçı gətirdiyini açıqlayıb.
Editor.az “sporx” a istinadən xəbər verir ki, 50 yaşlı məşqçi ilə 25 iyun 2025-ci ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Niko Kovaç daha əvvəl də Almaniya Bundesliqasında mübarizə aparan klublarda baş məşqçi olub. O Almaniyada “Bayern Münhen”in və “Ayntraxt Frankfurt” un baş məşqçisi olub. Bundan əlavə Kovaç 2013-2015-ci illərdə Xorvatiya milli komandasına da rəhbərlik edib.

Qeyd edək ki, 2021-2022-ci il mövsümündən sonra “Volfsburq” keçmiş baş məşqçi Florian Kofeldtlə də yollarını ayırmışdı.

//Nəzərbəy, Editor.az