Nikol Kidman da boşanırbackend

Nikol Kidman da boşanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Nikol Kidmanın həyat yoldaşı, müğənni Kit Urbanla münasibətlərinin pozulduğu üzə çıxıb.

Editor.az axşam.az-a istinadən bildirir ki, bu barədə cütlüyə yaxın mənbələrdən biri Britaniya mətbuatına açıqlamasında bildirib.

O bildirib ki, artıq ayrı evlərdə yaşayan ər-arvad boşanmağa hazırlaşır.

Mənbənin sözlərinə görə, Nikol 2 qızı ilə birlikdə Avstraliyada yaşayan anasının evinə köçəcək.

Qeyd edək ki, aktrisa Kit Urbanla 2006-cı ildə ailə qurub. O, daha əvvəl aktyor Tom Kruzla evli olub.