Nikol Paşinyan Avropa İttifaqına (Aİ) hərbi attaşe təyin etdibackend

Nikol Paşinyan Avropa İttifaqına (Aİ) hərbi attaşe təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Nikol Paşinyan Avropa İttifaqında hərbi attaşe təyinatı haqqında sərəncam imzalayıb.

Editor.az xəbər verir ki, Vardan Hovakimyan Aİ-də (və Belçikada) müdafiə attaşesi vəzifəsinin icrasına başlayıb. O, 2027-ci ilin avqustuna qədər bu vəzifədə qalacaq.
Xatırladaq ki, Aİ-yə hərbi attaşe təyin edilməsi ilə bağlı qərar Ermənistan hakimiyyəti tərəfindən mart ayında verilib. Ermənistan hökuməti bu qərarını Ermənistanın müdafiə və təhlükəsizlik sahəsində Aİ ilə inkişaf edən tərəfdaşlıq və əməkdaşlığı əsas gətirməklə izah edib.

Yeni vəzifəni NATO-dakı hazırkı müdafiə attaşesinin tutacağı da bildirilirdi.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-a işgüzar səfərinə oktyabrın 12-də başlayıb. O, Vaşinqtonda ABŞ müdafiə nazirinin müdafiə siyasəti üzrə müavini Elbridge Kolbi ilə görüşüb.

//Samir Qurbanov, Editor.az