Ermənistanla Azərbaycan arasında danışıqlarda xeyli irəliləyiş var.
Editor.az bildirir ki, bu sözləri mayın 29-da Ermənistanın baş naziri jurnalistlərin suallarını cavablandırarkən deyib. Lakin o, qeyd edib ki, bütün məsələlərin həlli barədə danışmaq hələ tezdir: “Deyə bilərəm ki, Ermənistanla Azərbaycan arasında danışıqlar mühitində xeyli irəliləyiş var, lakin bu, bütün məsələlərin həll olunduğu anlamına gəlmir”, – hökumət başçısı bildirib.
O əlavə edib ki, Azərbaycan rəsmiləri Almatı bəyannaməsinə və Praqada əldə olunmuş razılaşmalara sadiq qaldıqları barədə bəyanatlar verirlər.
//Samir Qurbanov, Editor.az

