Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağa hazırdır.
Editor.az bildirir ki, bunu NATO-nun baş katibi ilə görüşdən sonra keçirilən brifinqdə çıxış edən respublikanın baş naziri Nikol Paşinyan deyib. “Azərbaycanla münasibətləri ən yüksək səviyyədə razılaşdırılmış üç prinsip əsasında tənzimləməyə dəfələrlə hazır olduğumu təsdiq edirəm”, – hökumət başçısı deyib.
O, hansı prinsiplərin müzakirə olunduğunu da açıqlayıb: “Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması, SSRİ-nin süqutu zamanı respublikalar arasında sərhədlərin bərpası haqqında bəyannaməyə uyğun olaraq sərhədin delimitasiyası, habelə regional kommunikasiyaların bağlanması bərabərlik və qarşılıqlılıq prinsipləri nəzərə alınmaqla ölkələrin suverenliyi”, – Ermənistanın baş naziri deyib.
Qeyd edək ki, Nikol Paşinyan bir müddət əvvəl bildirib ki, İrəvan Bakının anklav kəndlərinin qaytarılmasına razılıq verməsə, Azərbaycanla Ermənistan arasında yeni münaqişə başlaya bilər.
//Samir Qurbanov, Editor.az

