Nikol Paşinyan diplomatlara xəbərdarlıq etdi: Hökumətin siyasətini dəstəkləməyənlər sadiq əsgər kimi ərizəsini yazıb gedə bilərlərbackend

Nikol Paşinyan diplomatlara xəbərdarlıq etdi: Hökumətin siyasətini dəstəkləməyənlər sadiq əsgər kimi ərizəsini yazıb gedə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Dilicanda Ermənistan diplomatik missiyalarının rəhbərlərinin illik toplantısını keçirib və orada səfirlərə xarici siyasətdə mümkün “qeyri-standart qərarlar” barədə xəbərdarlıq edib.

Paşinyan bildirib ki, qarşıda çətin mərhələ dayanır: “Ermənistan ciddi çağırışlarla üz-üzədir, ona görə də bəzən qeyri-standart qərarlar qəbul etmək lazım olacaq. “Hökumətin göstərişlərinə əməl etməyən və qəbul edilmiş siyasəti dəstəkləməyənlər sadiq əsgər kimi ərizəsini yazıb gedə bilərlər”.

Eməni mənbələri istisna etməyiblər ki, yaxın vaxtlarda Paşinyan ya diplomatları dəyişəcək, ya da onların bəziləri öz istəyi ilə gedəcək. Onlar bildiriblər ki, bir ay əvvəl Paşinyanın ölkədəki etiraz əhval-ruhiyyəsi fonunda səfirlərin Erməni Apostol Kilsəsinin yeparxiyaları ilə əlaqə saxladıqları təqdirdə onları geri çağıracağı ilə hədələyib.

//Samir Qurbanov, Editor.az