Nikol Paşinyan erməni xalqını yıxıb sürüdü: ən azı 600 il…backend

Nikol Paşinyan erməni xalqını yıxıb sürüdü: ən azı 600 il…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni xalqı dövləti və onun təsisatlarını özünə yad bir şey hesab edir.

Editor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. “Bizim kollektiv sosial düşüncəmiz, başqa sözlə, şüuraltımız dövlət əleyhinədir”, – Paşinyan vurğulayıb.

O, xatırladıb ki, erməni xalqının psixologiyasının öz dövlətinin olmadığı şəraitdə formalaşıb: ən azı 600 il onlara yad dövlətlərin nümayəndələri rəhbərlik ediblər. Ermənistan hökumətinin başçısı izah edib ki, bütün bu müddət ərzində ermənilər özləri tərəfindən yaradılmayan, kənardan onlara tətbiq edilən dövlətlərdə yaşayıblar. “Ona görə də bizim ilk reaksiyamız bu dövləti yaratsaq belə, dövlətdən qurtulmaq istəyidir”, – Paşinyan qeyd edib.

Bundan əvvəl Ermənistanın baş naziri artıq “tarixi Ermənistan”dan kəskin şəkildə fərqlənəcək “əsl Ermənistan”ın yaradılacağını bəyan etmişdi. Eyni zamanda, siyasətçi erməni xalqını dövlət haqqında “tarixi” təsəvvürdən qurtulmağa çağırıb.

//Samir Qurbanov, Editor.az