Editor.az bildirir ki, belə bir bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.
O, Ermənistan hakimiyyətinin Azərbaycanla dəmir yolu və avtomobil yollarını tez bir zamanda açmağa hazır olduğunu bildirib.
Baş nazirin sözlərinə görə, bunun sayəsində Ermənistan Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına nail olmaq mümkün olacaq.
Hökumət başçısı qeyd edib ki, regionda bütün nəqliyyat əlaqələrinin blokdan çıxarılması 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulub və İrəvan onun tezliklə həyata keçirilməsində maraqlıdır.
//Samir Qurbanov, Editor.az

