Nikol Paşinyan: Ermənistan “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməzbackend

Nikol Paşinyan: Ermənistan “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ sakinlərinin öz gələcəkləri ilə bağlı məsələləri özləri həll etmək hüququ var.

Editor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib. Onun fikrincə, Ermənistan Dağlıq Qarabağ adından danışa bilməz və Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi Bakı-Stepanakert dialoqu formatında müzakirə edilməlidir. “Ermənistan Dağlıq Qarabağ xalqının taleyini həll edə bilməz. Onlar özləri danışıqlarda tərəf olmalıdırlar.

Biz Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində Bakı-Stepanakert dialoqu formatında Dağlıq Qarabağ nümayəndələrinin iştirakı ilə müzakirə edilməli olduğunu nəzərə alaraq, məhz bu gündəliklə irəliləyirik”, – Paşinyan bildirib.

O, hesab edir ki, Dağlıq Qarabağın nümayəndələri öz hüquq və təhlükəsizlikləri ilə bağlı məsələləri yaratmağı, qaldırmağı və müzakirə etməyi bacarmalı, siyasi məsuliyyət daşımalıdırlar. Paşinyan həmçinin qeyd edib ki, “biz hələ də düşünməliyik” ki, Dağlıq Qarabağ məsələsi Ermənistan və Azərbaycan arasında gələcək sülh sazişinə daxil edilməli və ya edilməməlidir. Baş nazir bununla bağlı yekun qərarın hələ verilmədiyini diqqətə çatdırıb.

 //Samir Qurbanov, Editor.az