Nikol Paşinyan Ermənistanın xarici siyasətinin əsas məqsədini açıqladıbackend

Nikol Paşinyan Ermənistanın xarici siyasətinin əsas məqsədini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici siyasətində əsas məqsədi Cənubi Qafqazda sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməkdir.

Editor.az bildirir ki, bu sözləri respublikanın baş naziri “The Telegraph” qəzetinə müsahibəsində deyib. Nikol Paşinyan digər region ölkələrinin də bunu edəcəyini gözlədiyini vurğulayıb. Hökumət başçısı həmçinin qeyd edib ki, Ermənistanın Qərb dövlətləri, o cümlədən ABŞ və Fransa ilə qarşılıqlı fəaliyyəti digər təhlükəsizlik tərəfdaşlarına qarşı yönəlməyib.

“Tərəfdaşlarımızın bununla bağlı narahatlıqları ola bilər. Və bu, tərəfdaşlarımızla onların ümumi planları haqqında mümkün qədər şəffaf olmaqla həll etməyə çalışdığımız məsələdir”, – Nikol Paşinyan deyib. Xatırladaq ki, yanvarın sonunda Ermənistanın baş naziri Rusiyanın müdafiə sektorunda ölkənin əsas tərəfdaşı olmaqdan çıxacağını bildirmişdi.

//Samir Qurbanov, Editor.az