Nikol Paşinyan əsəbiləşdi: Rusiya sülhməramıları nə üçün bizə izahat vermirlər?backend

Nikol Paşinyan əsəbiləşdi: Rusiya sülhməramıları nə üçün bizə izahat vermirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın yolunda vəziyyətə aydınlıq gətirilməlidir və bu aydınlıq Rusiya sülhməramlılarından gəlməlidir.

Editor.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Azərbaycan Prezidentinin Laçın dəhlizinin bağlanmaması ilə bağlı bəyanatından sonra Qarabağdakı Rusiya sülhməramlı kontingentinin izahatına qulaq asmaq lazımdır.

Ermənistandan göndərilən humanitar yüklərin Qarabağa keçidini niyə təmin etmirlər, əgər Bakının iddia etdiyi kimi, Laçın dəhlizini bağlamayıblar”, – Nikol Paşinyan deyib.

Hökumət başçısı bu məsələnin həllinin mühüm rol oynadığına diqqəti cəlb etməyə çalışıb və hakimiyyət nümayəndələrini bu dəqiqləşdirmələri almaq üçün səy göstərməyə çağırıb.

//Samir Qurbanov,Editor.az