Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın “France 24” telekanalına müsahibəsində bir sıra səs-küylü açıqlamalar verib.
Editor.az xəbər verir ki, o, Azərbaycan-Ermənistan danışıqlarından bəhs edərkən bildirib ki, Bakı ilə İrəvan arasında sülh indi mümkün deyil.
Ermənistanın baş nazirinin sözlərinə görə, Azərbaycan Ermənistanın ərazilərini ələ keçirmək istəyir: “Bakı bugünkü Ermənistanı “Qərbi Azərbaycan” hesab edir”, – Nikol Paşinyan deyib. Bundan əlavə, baş nazir müsahibəsində Fransadan hərbi yardım mövzusuna da toxunub.
O hesab edir ki, bu yolla Paris Cənubi Qafqazda vəziyyəti pisləşdirmir, çünki Azərbaycan öz silahlarını maliyyələşdirir.
“
Qeyd edək ki, Ermənistan KTMT təlimlərində iştirakdan imtina etdikdən və təşkilatın baş katibinin müavini kvotalarını qəbul etməyi dayandırdıqdan sonra Rusiya ilə Ermənistan arasında münasibətlər pozulmağa başlayıb.
//Samir Qurbanov, Editor.az

