Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana rəsmi səfər edəcək. Tbilisidə Paşinyan gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə danışıqlar aparacaq.
Rəsmi mərasim Moskva vaxtı ilə saat 14:00-da hökumət administrasiyasında baş tutacaq. Qeyd olunur ki, Paşinyan və Kobaxidze üz-üzə, daha sonra isə geniş tərkibdə danışacaqlar. Bundan sonra iki ölkənin baş nazirləri mətbuat qarşsına çıxacaq.
Onu da əlavə edək ki, sentyabrın əvvəlində Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Gürcüstanda olub, o, Kobaxidze, eləcə də Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri İrakli Çikovani ilə danışıqlar aparıb.
//Samir Qurbanov, Editor.az