“Nikol Paşinyan hakimiyyəti erməni lobbisinin əlində oyuncağa çevrilib”-Deputatdan AÇIQLAMAbackend

“Nikol Paşinyan hakimiyyəti erməni lobbisinin əlində oyuncağa çevrilib“-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata imza atdıqdan sonra öhdəliyinə götürdüyü şərtləri yerinə yetirməyə hazır olduğunu bildirmişdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi altında Kəlbəcər, Laçın və Ağdam rayonlarından ermənilər çıxarılıb: “Moskva, Soçi və Brüsseldə keçirilən görüşlərdə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib. İki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün ölkəmizin təqdim etdiyi 5 şərtdən ibarət baza prinsipi qəbul etdiyini bəyan etmişdi. Amma əməldə heç bir şərtləri reallaşdırmadı.

Ermənistan nə suveren dövlətdir, nə də hakimiyyət nümayəndələri müstəqil siyasət yürütmək iqtidarındadır. Oktyabrın 6-da Praqada Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən dördtərəfli görüşdən sonra baş verən hadisələr də bunu göstərdi”.

Deputat qeyd edir ki, Nikol Paşinyanın hakimiyyəti erməni lobbisinin əlində oyuncağa çevrilib:” İran İslam Respublikası da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına ciddi maneələr törədir.

Bütün bu qüvvələrin rəsmi Bakıya qarşı həyata keçirtmək istədikləri təzyiqləri prezident İlham Əliyev çox qətiyyətli formada dəf etdi. Əlləri hər yerdən üzülən ermənilər Vardanyan variantına əl atdılar. R. Vardanyan Azərbaycanın təbii sərvətini talamaqla yanaşı, Qarabağda yaşayan erməni əsilli vətəndaşları hədə-qorxu altında saxlamaq məqsədini də güdür. Rusiya sülhməramlılarının mandatı bitməmiş o ərazidən çıxıb gedəcək.

Yaxın vaxtlarda Azərbaycanın müvafiq qurumları istismar olunmuş yataqlarda monitorinq aparacaq və o zaman bu qanunsuz əməllərə də son qoyulacaq. Artunyan və digəriləri də Azərbaycan qanunları ilə mühakimə edilib, cəzalandırılacaqlar. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl Moskvada keçirilməsi nəzərdə tutulan görüşdə iştirak etməkdən boyun qaçırdı.

Amma Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş reallaşdı. Mətbuat konfransında Ceyhun Bayramov ölkəmizin qəti mövqeyni bir daha bəyan etdi. Sergey Lavrov da öz mövqeyində Rusiyanın Vardanyanla heç bir əlaqəsinin olmadığını qeyd etdi. Ermənistan rəhbərliyinin Rusiyaya qarşı satqınlığın cavabını yaxın zamanda alacaq”.

//Safura Bənnayeva, Editor.az