Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında dövlət büdcəsinin müzakirəsi fonunda şəxsi iqamətgahında soyuqdan şikayət edib.
“Bizim dövlət bağçasındakı bütün evlər qışda düzgün qızdırılmır. Qazı yandırırıq, amma donuruq və lazımınca isinmirik. Əlavə qızdırıcıları işə salmağa məcbur oluruq. Bunun üçün dövlət büdcəsində pul ayrılmalıdır, şəxsi büdcəmizdən ödəyə bilmərik”, – Nikol Paşinyan deyib.
O, dövlət büdcəsinin səmərəli xərclənməsi ilə bağlı söhbətə davam edərək qeyd edib ki, hökumət binasında bütün tədbirlər çoxdan başa çatsa da, orada işıqlar yanmağa davam edir.
//Samir Qurbanov, Editor.az