Nikol Paşinyan istefa verməyə hazırdır, əgər…backend

Nikol Paşinyan istefa verməyə hazırdır, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq istəyərsə, hökumət istefa verməyə hazırdır.

Editor.az bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlament parkında müxalifətin istefası tələbi ilə keçirilən mitinq fonunda baş tutan brifinqdə deyib.

Paşinyan polis əməkdaşlarının və xüsusi texnikanın parlament binası yaxınlığında toplanmasının “qanunvericilik orqanının normal fəaliyyətinin təmin edilməsi” zərurəti ilə izah edib. “Mən onlarla dəfə demişəm ki, əgər Ermənistan xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman Ermənistan Respublikasının xalqı bu dəyişikliyi həyata keçirəcək”.

Etiraz aksiyalarının təşəbbüskarı Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır. Etirazlar apreldə Ermənistanla Azərbaycan arasında Tavuşda sərhədin delimitasiyası ilə bağlı razılıq əldə edildikdən sonra başlayıb. May ayında Qalstanyan İrəvanda keçirilən mitinqdə baş naziri vəzifəsindən getməyə çağırmışdı.

//Samir Qurbanov, Editor.az