Nikol Paşinyan “KTMT-dən çıxırıq” deyir, KTMT isə “Ermənistan KTMT-də qalır” deyirbackend

Nikol Paşinyan “KTMT-dən çıxırıq” deyir, KTMT isə “Ermənistan KTMT-də qalır” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın baş naziri Nikol Paşinyanın assosiasiyadan çıxması ilə bağlı açıqlamalarına münasibət bildirib.

KTMT katibliyi RBC-nin sorğusuna cavab olaraq deyib ki, Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qalır: “Biz ondan çıxış edirik ki, Ermənistan Respublikasının KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, o, təşkilatın tamhüquqlu üzvü olaraq qalır”, – deyə təşkilat bildirib. Katiblik Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın baş nazirin açıqlamalarından sonra verdiyi açıqlamalara da diqqət çəkib.

Xatırladaq ki, iyunun 12-də Nikol Paşinyan parlamentdə hökumət saatında müxalifətçi deputat Tadevos Avetisyanın sualını cavablandırarkən Ermənistanın KTMT-dən çıxmacağını deyib və bəyan etdi ki, Ermənistan birlikdən çıxarsa, bir də ona qayıtmayacaq.

// Sami Qurbanov, Editor.az